Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibTea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilibMarneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edibMarneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirGürcüstan parlamenti 2026-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyibTea House-da Fikrət Əmirovun anadan olmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilibMarneuli Bələdiyyə Məclisinin üzvü Aqil Mustafayev 2027-ci il büdcəsi ilə bağlı Marneuli meriyasına geniş təkliflər təqdim edib
TVCANLI

Etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılması planlaşdırılır

 Etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılması planlaşdırılır
Dinləmək üçün basın

Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılmasını nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılmasını nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə mətbuatda məlumat yayılıb.

Xüsusilə, dəyişikliklərə əsasən, təkcə "Yığıncaqlar və nümayişlər haqqında" qanunun pozulması maddəsi üzrə deyil, həm də etiraz aksiyalarında ən çox rast gəlinən pozuntulara görə cərimələr artırılır.

İctimai yerlərdə söyüş söymə, vətəndaşlara qarşı təhqiramiz münasibət və ictimai qaydanı pozan digər hərəkətlərə görə cərimənin məbləği 1000 larindən 3 min lariyə qədər artırılacaq. Bu əmələ görə inzibati həbs müddəti isə 15 gündən 20 günə qədər artırılacaq. Belə hərəkətin təkrar törədilməsinə görə cərimə iki dəfə artırılaraq 3-5 min lari təşkil edəcək, maksimal inzibati həbs müddəti isə 15 gündən 60 günə qədər artırılacaq.

Hüquq-mühafizə orqanları nümayəndələrinin tələblərinə tabe olmamağa görə cərimə 3 mindən 5 min lariyə qədər artırılacaq, bu əmələ görə maksimum inzibati həbs müddəti isə 15 gündən 60 günə qədər artırılacaq.

Yığıncaq və ya nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə cərimə iştirakçılar üçün dörd dəfə artırılaraq 500 laridən 2 min lariyə qədər olacaq, təşkilatçılar üçün isə 5 min lari məbləğində qalacaq.

Məhkəmə binasına girişin bloklanması və ya binada aksiya keçirilməsinə görə 5 min lari məbləğində cərimə və ya 60 günədək həbs tətbiq ediləcək.

Konstitusiya quruluşunun devrilməsinə və ya zorakı yolla dəyişdirilməsinə, nifaq salınmasına çağırışlara, qanunla qadağan edilmiş əşyalara görə cərimə iştirakçılar üçün 5 min lari, təşkilatçılar üçün isə 15 min lari təşkil edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Marneulidə insan alveri, zorakılıq və seksual xarakterli digər hərəkətlərdə ittiham olunan şəxs saxlanıldıCeyhun Bayramov: Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparırMaka Boçorişvili: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq daha da dərinləşir”2026-cı il dövlət büdcəsinin xərclər hissəsi 466 milyon lari artırılaraq 31 milyard 348 milyon lariyə çatdırılırGürcüstan Ticarət-Sənaye Palatasına dövlət nəzarəti İqtisadiyyat Nazirliyinə həvalə edilirSon xəbərlərə bax →