05 
Fev
2025
16:33
231

Parlament 2003-2012-ci illərdəki hakimiyyəti araşdıracaq komissiya yaradıb

Parlamentdə 2003-2012-ci illərdəki hakimiyyətin fəaliyyətini araşdıran komissiya yaradıldı.

InterPress.ge xəbər verir ki, 83 səs ilə, yekdilliklə - parlamentdə 2003-2012-ci illərdə fəaliyyət göstərmiş hakimiyyətin və onun siyasi vəzifəli şəxslərinin fəaliyyətini araşdıracaq müvəqqəti araşdırma komissiyası təsis edildi.

Parlamentin müvəqqəti araşdırma komissiyasının səlahiyyət müddəti 3 ay müəyyən edilib, lakin “Gürcü arzusu”nun məlumatına görə, komissiyanın səlahiyyət müddəti daha üç ay uzadılacaq və ümumilikdə 6 ay fəaliyyət göstərəcək.

Bugündən etibarən, üç gün ərzində, prosedur məsələləri və qaydalar komitəsi müvəqqəti araşdırma komissiyasının üzvlərinin sayını və nisbətli nümayəndəliyi müəyyən edəcək.

Qaydalara əsasən, araşdırma komissiyasında parlamentin mütləq əksəriyyəti müxalifətdən daha çox ola bilməz. Bu kontekstdə qeyd etmək lazımdır ki, komissiyaya məhz müxalifət statusunda "Xalqın Gücü" partiyası daxil olmağı planlaşdırır. Həmçinin, müxalifət adı ilə başqa bir siyasi qrup da yaradılır - “Avropalı Sosialistlər”, hansı ki, ehtimal olunur ki, bu komissiyada iştirak edəcəklər.

Parlamentin qərar layihəsinə əsasən, 2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini araşdıran müvəqqəti araşdırma komissiyası öz səlahiyyətləri çərçivəsində düzgün və şəffaf araşdırma aparacaq, 2003-2012-ci illərdə fəaliyyət göstərən rejimin fəaliyyətini qiymətləndirərək, ölkənin qarşısında mövcud olan siyasi, iqtisadi və digər növ təhlükələrin qarşısını almağa çalışacaq.

 

Bizimlə əlaqə saxlayın