04 
Fev
2025
17:02
176

Salome Zurabişvili: İvanişvilinin qeyri-legitim parlamenti fərqli fikirləri və etirazları boğmaq məqsədilə yeni qanunlar qəbul edir 

"İvanişvilinin qeyri-legitim parlamenti fərqli fikirləri və etirazları boğmaq məqsədilə yeni qanunlar qəbul edir"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkə X-də yazıb.  

"İvanişvilinin qeyri-legitim parlamenti yeni qanunlar və düzəlişlər qəbul edir ki, bunların məqsədi fərqli fikirləri və etirazları boğmaqdır", - yazıb Salome Zurabişvili.

Xatırladaq ki, "Gürcü Arzusu" qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırır. Bu dəyişikliklərə görə, həm inzibati, həm də cinayət məcəlləsində bir sıra tənzimləmələr sərtləşdiriləcək.  

Daha konkret desək: Sahiblərin əvvəlcədən razılığı olmadan bağlı məkanlarda, binalarda aksiyaların keçirilməsi qadağan edilir; kiçik xuliqanlıq, vandallıq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə əməl etməmək və onlara təhqir etmə, məhkəmə girişlərini bağlama və digər oxşar inzibati pozuntulara görə cərimələr artırılacaq və həmçinin, inzibati həbs müddəti 60 günə qədər uzadılacaq; dövlət siyasi şəxsi, ictimai xidmətçini onun fəaliyyətinə dair şifahi təhqir etmək inzibati pozuntu sayılacaq.

Bizimlə əlaqə saxlayın