04 
Fev
2025
14:48
130

2024-cü ildə sınaqdan keçirilmiş 100 bal nümunəsindən 5-də pozuntular aşkar edilib

2024-cü ildə, Gürcüstan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən Dövlət Qida Təhlükəsizliyi Proqramı çərçivəsində, balda veterinar preparatları və digər çirkləndirici qalıqların tədqiqi məqsədilə, bütün Gürcüstan üzrə 100 nümunə götürülüb və akkreditə olunmuş laboratoriyalarda araşdırılıb. 

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, laboratoriya tədqiqatları nəticəsində, balın 5 nümunəsində antibiotiklərin (metronidazol, xloramfenikol, tetratsiklin) qalıqları aşkar edilib. 

"Aşkar edilən pozuntularla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülüb, biznes operatorlarına göstərilən məhsulun satışını qadağan edilib və bazardan çıxarılması tapşırılıb, bu prosesin nəzarətini isə Gürcüstan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.

Qeyd etmək lazımdır ki, Agentliyin qida və veterinar sahəsində həyata keçirdiyi dövlət nəzarəti, biznes operatorları ilə əməkdaşlıq və məlumatlılığın artırılması nəticəsində son illərdə balda pozuntular əhəmiyyətli dərəcədə azalıb. 2017-2018-ci illərdə 100 nümunədən 50%-də uyğunsuzluqlar aşkar edilirdisə, 2019-cu ildən etibarən yalnız nadir hallarda belə hallarla rastlaşılır.

Hazırda Gürcüstanda istehsal olunan bal Avropa İttifaqı və dünyanın bir çox ölkələrinə ixrac olunur. Son illərdə, istehlakçı maraqlarının qorunması, Gürcüstan balının ixrac imkanlarının artırılması və Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşma məqsədilə, Ətraf mühitin qorunması və Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi ardıcıl siyasət yürüdür. 2015-ci ildə bal haqqında Texniki Reglement təsdiqləndi və qadağan olunmuş preparatların (antibiotiklərin) siyahısı müəyyənləşdirildi; veterinar preparatları və digər çirkləndirici qalıqların monitorinq planı qəbul olundu; laboratoriya imkanları yaxşılaşdırıldı və balın müxtəlif parametrləri üzrə araşdırmaların müvafiq metodologiyası tətbiq olundu; 2016-cı ildə Avropa Komissiyası dövlət nəzarət sistemi haqqında müsbət rəy verərək, Gürcüstandan Avropa İttifaqı ərazisinə balın idxalına icazə verdi", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın