
Mixeil Ğavelaşvili: Gürcüstan Avropa dəyərlərinə uyğun olmayan ədalətsiz münasibətə layiq deyil
"Gürcüstan, Avropa ideyası uğrunda çoxəsrlik mübarizədən sonra, belə ədalətsiz münasibətə layiq deyil. Gürcüstana qarşı ikiüzlü standartlar Avropa dəyərlərinə və Avropalı tərəfdaşların nüfuzuna zərər verir!"
InterPress.ge xəbər verir ki, bu fikirləri Prezident vəzifəsinə seçilmiş Mixael Ğavelaşvili parlamentdə çıxışı zamanı bildirib.
Ğavelaşvili hesab edir ki, son dövrlərdə Gürcüstan bir çox Avropa tərəfdaşları tərəfindən ədalətsiz hücumların hədəfi olub.
"Bu, gürcü xalqının ədalət, qarşılıqlı hörmət, qanunun aliliyi, milli kimliyi və suverenliyi qorumaq ümidi ilə doğru irəliləməyə qərar verdiyi məkan baxımından xüsusilə məyusedicidir.
Gürcüstana qarşı gündəlik hala gəlmiş ikiüzlü standartlar təəssüf ki, Avropa dəyərlərinə və Avropalı tərəfdaşların nüfuzuna zərər verir.
Gürcüstan, Avropa ideyası uğrunda çoxəsrlik mübarizədən sonra, belə ədalətsiz münasibətə layiq deyil. Biz öz milli maraqlarımıza uyğun hərəkət etməyə davam etməliyik, bu da ölkəmizi sülhə çıxarmaq və gücləndirmək məqsədini daşıyır", – deyə Mixael Ğavelaşvili bəyan edib.