04 
Fev
2025
12:10
158

Parlamentin yaxınlığındakı aksiyada polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma olub

9 Aprel küçəsində keçirilən aksiya zamanı aksiyanın iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb. 

InterPress.ge xəbər verir ki, vətəndaş fəalları və jurnalistlər əvvəlcə parlamentin arxa girişində toplaşaraq " Mziya Amağlobeliyə azadlıq" şüarlarını səsləndiriblər.

Daha sonra onlar aksiyanı parlamentin yanındakı 9 Aprel küçəsində davam etdirmək qərarına gəliblər. Lakin, media nümayəndələri və digər iştirakçılar 9 Aprel küçəsinə doğru hərəkət edərkən polis onların hərəkətini məhdudlaşdırıb.

Jurnalistlər polislərə yolun bağlanması niyyətində olmadıqlarını, sadəcə aksiyanı davam etdirmək istədiklərini izah ediblər. Bunun ardınca polis onlara yalnız səkidə hərəkət etməyə icazə verib. Lakin vəziyyət bir neçə dəqiqə sonra dəyişib, polis jurnalistlərin səkidə dayanmasına imkan verməyib. Nəticədə, media nümayəndələri parlamentin önünə keçiblər.

Aksiyanın gedişatında polis iki şəxsi ərazidən çıxarıb. Polis qüvvələri isə parlamentin bütün ərazisinə, həmçinin yan küçələrə və parlamentin arxasında yerləşən parkda cəmlənib.

Bizimlə əlaqə saxlayın