İlon Mask USAID-i "Kriminal Təşkilat"adlandırıb
İlon Mask ABŞ-ın beynəlxalq inkişaf agentliyi (USAID) haqqında şok açıqlamalar verib.
InterPress.ge xəbər verir ki, o, bu barədə X-də yazıb.
"USAID, çürük alma deyil, çürük alma ilə dolu torbadır."-Mask yazıb.
Mask bu şərhlə agentliyin fəaliyyətini sərt tənqid edib və onu "kriminal təşkilat" adlandırıb.
Mask, USAID-in biyo-silah tədqiqatlarını maliyyələşdirdiyini irəli sürərək, "Bilmirdinizmi ki, USAID sizin vergi dollarlarınızla biyo-silah tədqiqatları maliyyələşdirib, o cümlədən COVID-19-u, hansı ki, milyonlarla insanın ölümünə səbəb olub?" - deyə yazıb.
Bu açıqlamalar daha əvvəl Maskın, USAID-in əməllərini ciddi şəkildə tənqid etdiyi və onun fəaliyyətlərinin beynəlxalq hüquqa zidd olduğunu iddia etdiyi açıqlamalara əlavə olub.


