Nino Cilosani: Gürcüstan müxalifətini və radikal fəallarını mütəmadi olaraq Avropa İttifaqı və ABŞ-ın xarici fondları maliyyələşdirir
Gürcüstan müxalifətini və radikal fəallarını mütəmadi olaraq Avropa İttifaqı və ABŞ-ın xarici fondları maliyyələşdirir.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin sədr müavini Nino Ciloşani sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, Gürcüstanda inqilab cəhdlərinin hamısı xarici donor təşkilatları tərəfindən dəstəklənir.
Parlamentin vitse-spikeri bildirir ki, hakim komanda "uzaqdan müdaxilələrdən" artıq uzun müddətdir danışır:
“Gürcüstan müxalifətini və radikal fəallarını mütəmadi olaraq Avropa İttifaqı və ABŞ-ın xarici fondları maliyyələşdirir. Gürcüstanda inqilab cəhdlərinin hamısı bu və ya digər xarici donor təşkilatları tərəfindən dəstəklənir.
Bir ildən artıqdır ki, biz açıq şəkildə uzaqdan müdaxilələr haqqında danışırıq!! Şəffaflıq qanununun qəbuluna görə, hansı ki, bu gün ABŞ-da da aktualdır, biz siyasi hücumların hədəfi olduq, amma dözdük.
Bu gün radikal fəallar və dövlətə qarşı olan siyasi partiyalar aksiyalar təşkil edir, Tbilisinin əsas magistralını bağlamağı planlaşdırırlar. Bu, demək olar ki, hər bir ölkənin qanunları ilə cinayət hesab olunur və mütləq olaraq Gürcüstan qanunvericiliyi ilə cinayətdir.
ABŞ-nın yeni seçilən prezidenti, Amerika maliyyələşmələri ilə bağlı tarixi addımlar atdığı dövrdə, artıq Avropa ölkələrinin də digər ölkələrin suverenliyinə hörmət etməsi vaxtıdır”, - deyə Nino Ciloşani bildirib.


