31 
Yan
2025
23:27
444

Gürcüstanın beşinci prezidenti repressiyalardan danışdı: "SSRİ-yə dönüş"

"Rejimin təcrid olunması qərarının qeyri-legitim hakimiyyətlərlə kommunikasiyanın saxlanılması yolu ilə qarşısı alına biləcəyi düşüncəsi yanlışdır".

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili deyib.

O, Gürcüstanın Avropa perspektivinin təhlükə altında olduğunu bildirərək, "bunun qarşısını almağın yeganə yolunun xalq etirazını dəstəkləmək və yeni seçkilərə çağırış" olduğunu vurğulayıb.

Bundan əlavə, Zurabişvili diplomatik xidmətin qaydalarında edilən dəyişikliklərə münasibət bildirib və bu kontekstdə Sovet İttifaqını xatırladıb.

"Gürcüstanda repressiyalar. İndi növbə gürcü diplomatlarındadır: Yanvarın 27-də Xarici İşlər Nazirliyi yeni bir direktiv qəbul edib. Bu sənəd xarici xidmət əməkdaşlarının hüquqlarını məhdudlaşdırır və onları hakim partiyanın de-fakto nəzarəti altına salır... Geri, SSRİ-yə doğru", – deyə Zurabişvili yazıb.

Bizimlə əlaqə saxlayın