31 
Yan
2025
10:37
222

Aİ Nümayəndəliyi: "Ortaq demokratik dəyərlərimizin müdafiəsinə görə heç kim cəzalandırılmamalıdır"

"Ortaq demokratik dəyərlərin müdafiəsinə görə heç bir şəxs cəzalandırılmamalıdır".

InterPress.ge xəbər verir ki,  bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilib.

Aİ bütün ədalətsiz şəkildə saxlanılan şəxslərlə tam həmrəy olduğunu ifadə edib və onların azadlığa buraxılmasına çağırıb.

"Bu gün Aİ səfiri komandası ilə birlikdə Gürcüstanda davam edən etiraz aksiyaları çərçivəsində saxlanılan şəxslərin ailə üzvləri və dostları ilə görüşüb.

Hər bir saxlanılan şəxsin arxasında böyük çətinliklər yaşayan ailələr və dostlar dayanır. Ortaq demokratik dəyərlərimizin müdafiəsinə görə heç kim cəzalandırılmamalıdır. Aİ bütün ədalətsiz şəkildə saxlanılan şəxslərlə tam həmrəy olduğunu bildirir və onların azad edilməsinə çağırır. Ədalət qalib gəlməlidir".

Bizimlə əlaqə saxlayın