30 
Yan
2025
13:27
272

AŞPA-nın prezidenti: Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından çıxmaq qərarına təəssüflənirəm

Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos, "Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından çıxma qərarını təəssüflə qarşıladığını bildirib.

InterPress.ge xəbər verir ki, o, assambleyanın nümayəndə heyətinin səlahiyyətlərinin müəyyən şərtlərlə təsdiqlənməsini səsə qoyduqdan sonra, bu qərarın, Gürcüstanda demokratiya standartlarının yaxşılaşdırılmasına kömək edəcək dialoqa təhlükə yaratdığını vurğulayıb. 

Xatırladaq ki, dünən Avropa Şurası Parlament Assambleyası 114 lehinə, 13 əleyhinə səs verərək, "Gürcü Arzusu" partiyasının nümayəndə heyətinin səlahiyyətlərini bəzi şərtlərlə tanıyıb. Konkret olaraq, assambleya, Gürcüstanda növbəti aylarda yeni seçkilərin keçirilməsini, siyasi məhbusların azadlığa buraxılmasını və Avropa inteqrasiyasının davam etdirilməsini çağırıb.

"Gürcü Arzusu" isə bu qətnaməyə cavab olaraq Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırmağa qərar verib."

Bizimlə əlaqə saxlayın