29 
Yan
2025
21:55
874

TƏCİLİ: Avropa Şurasının Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul etdi

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Gürcüstanda qarşıdakı aylarda yeni parlament seçkilərinin keçirilməsinə çağırış edən qətnamə qəbul edib. 

InterPress.ge xəbər verir ki, səsvermə AŞPA-nın iclasında baş tutub.

134 deputatdan 114-ü qətnamənin lehinə səs verib, 13 deputat əleyhinə çıxıb, 7-si isə bitərəf qalıb.

AŞPA Gürcüstan nümayəndə heyətinin mandatlarının nəzərdən keçirilməsi və ölkədə ümumi vəziyyətin qiymətləndirilməsi şərtləri daxilində bu mandatları 2025-ci ilin aprel ayına qədər ratifikasiya etməyi qərara alıb. Lakin müəyyən şərtlər irəli sürülüb.

Qətnamədə deyilir ki, AŞPA Gürcüstan rəsmilərindən bütün siyasi və ictimai qüvvələrin, o cümlədən iqtidar, müxalifət və vətəndaş cəmiyyətinin iştirakı ilə hərtərəfli və inklüziv bir prosesin dərhal başlanmasını tələb edir. Məqsəd, son parlament seçkilərində qeydə alınan çatışmazlıq və pozuntuların aradan qaldırılması və növbəti aylarda elan ediləcək yeni parlament seçkiləri üçün demokratik seçki mühitinin yaradılmasıdır.

Bundan əlavə, AŞPA Gürcüstan rəsmilərindən ölkənin Avropa inteqrasiya yolunu bərpa etməyə yönəlmiş təxirəsalınmaz və təsirli addımlar atmağı və bu istiqamətdə vacib islahatları sürətləndirməyi tələb edir.

Həmçinin, polis zorakılığına və insan haqları pozuntularına dərhal son qoyulması, bu hadisələrin effektiv araşdırılması, etirazçılar, jurnalistlər və vətəndaş cəmiyyəti liderlərinin saxlanılması və onlara qarşı məhkəmə proseslərinin siyasi təzyiq vasitəsi kimi istifadəsinə son qoyulması tələb edilir.

Qətnaməyə əsasən, AŞPA Gürcüstanda bütün siyasi məhbusların 2025-ci ilin aprel sessiyasına qədər azad olunmasını tələb edir.

 

Bizimlə əlaqə saxlayın