24 
Yan
2025
14:55
393

Kobaxidze: Heç bir halda biz ölkənin məhvinə səbəb ola biləcək addımlar atmayacağıq

Sanksiyalar ölkəyə qarşı şantaj vasitəsi kimi istifadə olunub.Bu sanksiyalarla məqsəd yalnız bir idi - ölkəni müharibəyə çəkmək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə  bildirib.

Kobaxidze vurğulayıb ki, belə bir şantaj heç bir halda effektli olmayacaq. O, həmçinin bildirib ki, Gürcüstan heç vaxt ölkənin məhvinə gətirib çıxara biləcək addımlar atmayacaq:

"Bizim üçün bu məsələ o qədər də maraqlı deyil. Sanksiyalar ölkəyə qarşı şantaj vasitəsi kimi istifadə olunub. Yeganə məqsəd ölkəni müharibəyə cəlb etmək idi, amma heç bir halda biz ölkənin məhvinə səbəb ola biləcək addım atmayacağıq. Buna görə də, bu şantajın heç bir effekti olmayacaq” - deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər