Parlament yaxınlığında Mzia Amağlobeli üçün həmrəylik aksiyası keçirilir
Gürcüstan parlamentinin arxa girişində Batumelebi və Netgazeti-nin qurucusu Mzia Amaqlobeli üçün növbəti həmrəylik aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, Mzia Amaqlobelinin həmkarları toplaşaraq onun azadlığa buraxılmasını tələb edirlər.
Jurnalistlər “Netqazeti və Batumelebi rəhbəri Mzia Amaqlobeliyə azadlıq”, “İvanişvili rejiminin siyasi məhbuslarına azadlıq!” sözləri yazılmış pankart gətiriblər.
Onlar "Mzia'ya azadlıq", "Siyasi məhbuslara azadlıq" şüarlarını səsləndirirlər.
Hadisə yerinə polis səfərbər olunub və onlar qanunverici orqanın girişində insan kordonu qurublar.
Məlumat üçün bildirək ki, “Netgazeti” və “Batumelebi”nin həmtəsisçisi və direktoru Mzia Amaqlobeli yanvarın 11-də Batumidə həbs edilib. Batumi Şəhər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçilib. Qərar hakim Nino Saxelaşvili tərəfindən verilib.
Mzia Amaqlobeli Cinayət Məcəlləsinin 353-cü, yəni polis əməkdaşına hücum etmə maddəsi ilə ittiham olunub. Mzia Amaqlobeli Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurub.


