Avroparlamentari: Gürcüstan Avropa üçün önəmli ölkədir, biz ona dəstək olmalıyıq
"Gürcüstan Avropa üçün önəmli ölkədir, biz ona dəstək olmalıyıq".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentindəki müzakirələrdə Avropa Parlamentinin deputatı Mixal Ştşerba bildirib.
"Gürcüstanda indiki siyasi vəziyyəti, xüsusilə son günlərdə pisləşən vəziyyət, bizim təcili diqqətimizi tələb edir. Mən bir ay əvvəl Gürcüstanda oldum və bu müddət ərzində son seçkilərin oğurlandığını deməliyəm. Gürcüstanın yeganə leqal nümayəndəsi prezident Zuraşvili'dir. Avropa Parlamentinin bu dəfə də Gürcüstan xalqına olan dəstəyini təsdiqləməsinə baxmayaraq, artıq hərəkətə keçmək lazımdır. İlk növbədə, İvanişvili və "Gürcü arzusu" liderləri sanksiyalara məruz qalmalıdır, aktivlərin dondurulması da daxil olmaqla. Artıq danışığa son verməliyik! Mən xalqın əleyhinə olan zorakılığı kəskin şəkildə pisləyirəm. Komissiya və Şura'dan tələb edirəm ki, öz işlərini düzgün yerinə yetirsinlər. Siz Gürcüstan xalqını dəstəkləməlisiniz. Gürcüstan Avropa İttifaqına üzv olmaq istəyən ölkədir və biz ona dəstək olmalıyıq."- Ştşerba bildirib.


