İrakli Kobaxidze: Trampın “Deep State” lə mübarizəsi Gürcüstan-ABŞ münasibətlərinin normallaşması üçün mühüm əhəmiyyət kəsb edir
ABŞ prezidenti Donald Trampın "Deep State"-ə qarşı mübarizə planı çox iddialıdır və ölkə olaraq ona uğurlar arzu edirik.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze, bu günkü hökumət iclasında bildirib.
Kobaxidzenin sözlərinə görə, bu mübarizənin nəticəsi, xüsusilə ABŞ ilə Gürcüstan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayacaq.
İrakli Kobaxidze qeyd edib ki, Gürcüstan ABŞ ilə münasibətləri "keyfiyyətcə yenidən qurmaq" və strateji tərəfdaşlığı "təmiz səhifə ilə" bərpa etmək istəyir. O, ABŞ-da keçirilən inauqurasiyanı mühüm bir an olduğunu vurğulayaraq, ABŞ-ın gələcək 4 ildə daha sakit və fərqli bir mərhələyə keçəcəyinə ümid etdiyini söyləyib.
"Bu 4 il bizim üçün və ümumiyyətlə dünya üçün çox çətin oldu. Bizim ölkəmiz də daxil olmaqla bir çox ölkələr müxtəlif böhranlarla üzləşdi. Ukraynada müharibə davam edir, Yaxın Şərqdə vəziyyət gərgindir. Avropada ciddi iqtisadi böhran yaşanır. Həmçinin, liberar fşizmin genişlənməsi, ki, bu bizim ölkəmizdə və bir çox digər ölkələrdə problemi dərinləşdirib. Bizim ölkəmizdə bu dövrdə 4 dəfə inqilab cəhdi olub. Təəssüf ki, dünya üzrə vəziyyət sakitləşməyib və biz də bu çətinlikləri yaşadıq. Lakin, gələn 4 ildə dünyanın daha sülhsevər olacağına və bunun bizim ölkəmizdə də müsbət təsir göstərəcəyinə ümid edirik."-Kobaxidze qeyd edib.
Kobaxidze, Donald Trampın "Deep State"lə mübarizənin qalibiyyətli olacağına və bu mübarizənin nəticələrinin yalnız ABŞ-la münasibətlər üçün deyil, dünya sülhü və Gürcüstanın inkişafı üçün də əhəmiyyətli olacağına inandığını vurğulayıb.
Baş nazir bildirib ki, həmçinin 2025-ci il, daxili siyasətdə də böyük əhəmiyyət kəsb edəcək, çünki bu ildə "radikallara son qoyulacaq".
"Bizim ölkəmizdə radikalizm və liberal faşizm sona çatmalıdır. Bu, ölkənin davamlı inkişafı və milli məqsədlərə çatması üçün zəruridir", - deyə Kobaxidze qeyd edib.


