18 
Yan
2025
13:02
276

Salome Zurabişvili: Gürcüstan və Serbiyadakı etirazlar azadlıq, demokratiya, müstəqillik və Rusiyanın hökmranlığına qarşı mübarizədir

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili dünən Serbiyada keçirilən etiraz aksiyasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Zurabişvilinin sosial şəbəkədə yazdığına görə, Gürcüstan və Serbiyadakı etirazlar azadlıq uğrunda mübarizədir.

“Gürcüstandakı etirazlar və Serbiyadakı etirazlar eyni azadlıq, demokratiya, müstəqillik və Rusiyanın hökmranlığına qarşı mübarizədir."-Zurabişvili yazıb.

Məlumat üçün bildirək ki, Serbiyada irimiqyaslı etirazlar noyabr ayında Novi Sad dəmiryol vağzalının tavanının bir hissəsinin uçması və 15 nəfərin ölümündən sonra başlayıb. Dünən serb nümayişçiləri ölkə prezidenti Aleksandr Vuçiçə və dövlət televiziyasına qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar ümumi tətilə  çıxıblar.

Bizimlə əlaqə saxlayın