Bu gün Tbilisi və regionlarda 13-dən çox aksiya- yürüşün keçirilməsi planlaşdırılır
Bu gün Tbilisidə və regionlarda 13-dən çox aksiyanın keçirilməsi planlaşdırılır.
InterPress.ge xəbər verir ki,Tbilisinin müxtəlif yerlərində etirazlar və yürüşlər keçiriləcək, o cümlədən:
14:00 – “Polis rejiminə qarşı yürüş!” – Sarajişvili metrosu
15:00 – “Ədalətsiz məhkəmə hökmünə etiraz edək!” - Korneli Çaladze №1, istintaq təcridxanasının yanında
18:00 – “Azadlığa pantera dərisində marş” – Şota Rustaveli abidəsi
19:00 - Gürcüstan parlamenti qarşısında mitinq
19:00 - İctimai Yayımda etiraz aksiyası
20:30 – “İtaətsizliyin maskalı marşı” – Filarmoniya
21:00 - İctimai mühazirə - "Siyasi transformasiya üçün açıq məkan texnologiyaları" - Kaşveti və Klassik Gimnaziya arasında
21:30 - İctimai müzakirə - "Biz necə dövlət istəyirik" - Qartal altında
Regionlara gəlincə, Kutaisidə saat 19:00-da meriyanın qarşısında “Avropaya bəli, Rusiyaya yox!” adlı aksiya keçiriləcək.
Batumidə saat 19:00-da vətəndaşlar Konstitusiya Məhkəməsi yaxınlığında “Vətənə xidmətdə!” aksiyası keçirəcəklər.
Zuqdididə, saat 17:00-da - "Qələbəyə qədər döyüş" - vilayət administrasiyası qarşısında
Telavi, 18:00 – “Telavidə davamlı etiraz!” – Meriya qarşısında
Axaltsixdə, saat 18:00-da - "Rus rejiminə yox" - Şota Rustavelinin abidəsi önündə aksiya baç tutacaq.


