17 
Yan
2025
14:59
1498

Bu tarixlərdə güclü yağıntılar gözlənilir-PROQNOZ

18-20 yanvar tarixlərində Gürcüstanda yağıntılar gözlənilir, dağlıq ərazilərdə isə qar yağacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, yağıntılar nəticəsində Qərbi Gürcüstandakı çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artması, dağlıq ərazilərdə sürüşmələr və sel hadisələrinin baş verməsi, habelə yüksək dağlıq ərazilərdə sürüşmə və qar uçqunlarının yaranması ehtimalı mövcuddur.  

"18-20 yanvar tarixlərində Gürcüstanda yağıntılar olacaq, dağlarda qar yağacaq, bəzən güclü olacaq. Yüksək dağlarda qar fırtınası, Qərb istiqamətindən güclü külək olacaq. 19-20 yanvar tarixlərində dənizdə 4-6 bal gücündə fırtına gözlənilir.  

Yağıntıların nəticəsində Qərbi Gürcüstandakı çaylarda su səviyyəsinin əhəmiyyətli artımı, dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin baş verməsi, ölkənin yüksək dağlıq ərazilərində isə qar uçqunlarının yaranması ehtimalı var.  

Yol şəbəkəsinin bəzi hissələrində güclü qar, qar uçqunları, buzlanma və görmə məsafəsinin pisləşməsi səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşa bilər (orta təhlükə səviyyəsi)."- məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər