16 
Yan
2025
21:56
406

Maka Boçorişvili: Dövlətlərimiz müdaxilə cəhdlərinə qarşı dayanıqlıdır

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında son dövrlərdə xarici qüvvələrin ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinin artdığını bildirib.

InterPress.ge xəbər verir ki, bu açıqlamalar Gürcüstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Nazir qeyd edib ki, bu müdaxilə cəhdləri ölkələr üçün əlavə çətinliklər yaratsa da, Gürcüstan və Azərbaycanın dövlət institutları bu kimi çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirir:

"Bizim dövlətlərin gücü belə müdaxilələrdən qaynaqlanan çətinlikləri uğurla dəf etməyə imkan verir."

Boçorişvili iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin vacibliyini vurğulayıb. O, Gürcüstan və Azərbaycanın birgə səylərinin xalqların və regionun rifahına xidmət etdiyini qeyd edib:

"Azərbaycan və Gürcüstanın uzunmüddətli və uğurlu əməkdaşlıq tarixi var. Biz birlikdə xalqlarımızın və geniş regionun xeyrinə səmərəli addımlar atmağa davam edəcəyik."

Nazir əlavə edib ki, iki ölkə arasında dostluq və qarşılıqlı dəstək münasibətləri gələcəkdə də inkişaf etdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər