İrakli Kobaxidze Azərbaycan Respublikasına səfər edəcək
Gürcüsranın Baş naziri İrakli Kobaxidze 17 yanvar tarixində Azərbaycana səfər edəcək.
İnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Bakı şəhərində Gürcüstan və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. İclasda hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər.
İrakli Kobaxidze həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev ilə təkbətək görüş keçirəcək.Görüşdən sonra liderlər mediaya birgə bəyanat verəcəklər.
Gürcüstan nümayəndə heyətinə Baş nazirin rəhbərlik etdiyi heyətə, Baş nazirin birinci müavini və İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Xarici İşlər naziri Maka Boçorişvili, Ekologiya və Kənd Təsərrüfatı naziri David Sonqulaşvili, Mədəniyyət naziri Tina Ruxadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.


