ABŞ Konqresmeni Co Uilson: Salome Zurabişvili qeyri-adi cəsarətlə azad və ədalətli seçkilər tələb edir
"Gürcüstanın leqitim prezidenti Salome Zurabişvili qeyri-adi cəsarətli mövqe tutaraq aksiyaya qoşulub və azad və ədalətli seçkilərin keçirilməsini tələb edib".
InterPress.ge xəbər verir ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Co Uilson Charleston Mercury nəşrində dərc olunan məqaləsində belə yazıb.
O, bildirib ki, Bidzina İvanişvili qeyri-leqitim parlament yaradıb, qeyri-leqitim prezident seçib və eyni zamanda, etiraz aksiyalarını və söz azadlığını cinayətə çevirmək üçün drakon qanunları qəbul edib, vətəndaşları döyür və həbs edir.
"Ancaq buna baxmayaraq, cəsarətli gürcü xalqı etirazlarını davam etdirir. Gürcüstanın leqitim prezidenti Salome Zurabişvili çox cəsarətli mövqe tutaraq aksiyaya qoşulub və azad və ədalətli seçkilərin keçirilməsini tələb edib. Mən şadam ki, mənim iki partiyalı və iki palatalı həmkarlarımla birlikdə gürcü xalqının və prezident Zurabişvilinin yanında dayanıram. Bütün amerikalıları çağırıram ki, gürcülərə dəstək olsunlar, çünki onlar öz azadlıqları uğrunda mübarizə aparırlar" - deyə Uilson qeyd edib.
O, həmçinin bildirib ki, gürcü xalqı ABŞ-ın ən böyük dostları arasında yer alır və onların konstitusiyası ölkənin transatlantik institutlara daha dərindən inteqrasiyasını zəruri edən maddələrə malikdir.
"Gürcüstanda azadlıq ABŞ üçün faydalıdır və ABŞ-ın düşmənlərinin Gürcüstanın strateji mövqeyindən sui-istifadə etməsinin qarşısını alır. ABŞ-ın bu azad xalqla olan tarixi dəstəyini və əlaqələrini qorumağı vacibdir" - deyə Uilson əlavə edib.


