“Gürcüstan Naminə Qaxariya” partiya lideri Giorgi Qaxariyaya hücumla bağlı bəyanat yayıb
“Gürcüstan Naminə Qaxariya” partiyası partiya lideri Giorgi Qaxariyaya hücumla bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanat X sosial şəbəkəsində yayılıb.
"Bu gün Batumidə İvanişvili rejimi tərəfindən təşkil edilmiş koordinasiyalı, amansız qrup hücumu “Gürcüstan naminə Qaxariya” partiyasının lideri və Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyaya qarşı həyata keçirilib.
Giorgi Qaxaria partiyamızın gənclər təşkilatının haqsız yerə təqib edilən üzvlərinin məhkəməsində iştirak etmək üçün Batumidə olub”, - deyə məlumatda bildirilir.
Partiya zorakı hücumun dərhal və hərtərəfli araşdırılmasını tələb edir.
“Gürcüstan Naminə Qaxariya” partiyası İvanişvili rejimi tərəfindən təşkil edilmiş bu zorakı hücumun dərhal və hərtərəfli araşdırılmasını və bütün məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edir”. Siyasi motivli bu hücum açıq-aşkar müxalifəti qorxutmaq və fərqli fikirləri boğmaq cəhdidir. Bu cür hərəkətlər Gürcüstanın demokratik və Avropa gələcəyi üçün mübarizə aparanların səsini heç vaxt susdurmayacaq”- bəyanatda bildirilir.


