13 
Yan
2025
15:53
382

Gürcü Arzusunun üç deputatı ilə vətəndaş arasında qarşıdurma yaranıb

Abu Dabidə “Gürcü Arzusu” partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidze vətəndaş Laşa Qabitaşvili arasında fiziki qarşıdurma yaranıb.

InterPress.ge xəbər verir ki,   hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Kadrlardan hadisə yerində “Gürcü arzusu”nun digər deputatı Gela Samxarauli də olduğu görünür.

Hadisə otelin yeməkxanasında baş verib. Kadrlardan görünür ki, İrakli Zarkua şam yeməyi zamanı Laşa Qabitaşviliyə yemək atdıqdan sonra  onlat arasında əlbəyaxa dava olub, daha sonra Viktor Sanikidze onlara qoşulub.

Daha sonra Laşa Qabitaşvili videomüraciət yayaraq, hadisənin dünən İrakli Zarkua və Viktor Sanikidzeni “rus qulları” adlandırdıqdan sonra baş verdiyini bildirib.

Məlumat üçün bildirək ki, dünənki qarşıdurma zamanı tərəflər bir-birini şifahi təhqir ediblər.

Bizimlə əlaqə saxlayın