13 
Yan
2025
12:48
467

Kaxa Okriaşvili: Biz ümumi tətilə qoşuluruq!

Müxalifətçi siyasətçi Kaxa Okriaşvili   bəyanatla çıxış edib.

InterPress.ge xəbər  verir ki, Okriaşvili bəyanatında ümumi tətilə qoşulacağınl bildirib.

“PSP qrupu ümumi tətilə iki tələblə qoşulur: yeni, şəffaf və yüksək standartlara cavab verən parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azadlığa buraxılması”. Bir sözlə - ədalət tələb edirik!

PSP Group tibb şirkəti olduğu üçün bizim bir neçə saatlıq işi tamamilə dayandırmağa nə mənəvi, nə də qanuni hüququmuz var. Ona görə də fəaliyyətimizi 5 dəqiqə dayandırırıq, baxmayaraq ki, bu etiraz da elə olacaq ki, bu 5 dəqiqə ərzində bir növbətçi əczaçı təcili yardım göstərsin.

Təcili əməliyyatın təxirə salına bilməyəcəyini, reanimasiyanın fəaliyyətini dayandıra bilməyəcəyini, aptekə gələn yüksək təzyiqli xəstəni geri qaytara bilməyəcəyimizi, tezliklə qayıtmalı olduğunu kimsəyə izah etməyə yəqin ki, ehtiyac yoxdur. Bu kontekstdə etirazımız belə baş tutacaq: aptekdə fövqəladə hallar üzrə növbətçi işçi olacaq, qalan işçilər isə 5 dəqiqəlik aksiyaya qoşulacaq”, - Okriaşvili bildirib.

Bizimlə əlaqə saxlayın