11 
Yan
2025
11:54
357

Ölkədə buludlu hava şəraiti hökm sürəcək

Bu gün Gürcüstanda buludluluğun artacağı, yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, Qərbi Gürcüstanda buludluluq arabir güclənəcək. Əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: aran rayonlarında gündüz +14, +19°; Dağlarda gündüz +11, +16°; Yüksək dağlıq ərazilərdə havanın temperaturu gündüz +6, +11° təşkil edəcək.

Şərqi Gürcüstanda - buludluluğun arabir artması. Əsasən yağıntısız. Şərq küləyi 10-15 m/s. Havanın temperaturu: düzənlikdə gündüz +9, +14°; Dağlarda gündüz +6, +11°; Yüksək dağlıq ərazilərdə gündüz temperatur -1°C-dən +4°C-yə qədər yüksələcək.

Paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur +13° təşkil edəcək.

Bizimlə əlaqə saxlayın