09 
Yan
2025
12:36
222

3 müxalifət patiyası Avropa Şurası Parlament Assambleyasına müraciət edir

3 Müxalifət partiyası Avropa Şurası Parlament Assambleyasının prezidentinə və parlament fraksiyalarına müraciət edib.

InterPress.ge xəbər verir ki, müxalifər partiyaları müraciətində “parlament” nümayəndə heyətinin Assambleyadakı səlahiyyətlərini təsdiqləməməyi” xahiş edir.

Birgə bəyanatı “Dəyişiklik üçün Koalisiya”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” imzalayıb.

Birgə bəyanatda qeyd edildiyi kimi, 26 oktyabr 2024-cü il parlament seçkiləri beynəlxalq standartlara və gürcü xalqının iradəsinə zidd olan ciddi pozuntularla keçirilib.

Müxalifət bütün siyasi məhbusların dərhal azad edilməsini və yeni, azad və ədalətli seçkilərin keçirilməsini tələb edir.

“Hörmətli Prezident, biz Gürcüstanın siyasi partiyalarının nümayəndələri Sizə müraciət edirik ki, 2024-cü il oktyabrın 26-da beynəlxalq standartlara və gürcü xalqının iradəsinə zidd olan parlament seçkiləri ciddi qanun pozuntuları ilə keçirildiyi üçün Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı səlahiyyətlərini təsdiqləməyin.

Seçki saxtakarlığı nəticəsində formalaşan “Parlament”in və onun seçdiyi “Prezident”in legitimliyi yoxdur. “Gürcü arzusu”nun Assambleyaya təqdim edə biləcəyi nümayəndə heyəti ancaq özünü elan etmiş rejimin nümayəndələrindən ibarətdir.

Onu da qeyd etmək lazımdır ki, “Gürcü arzusu”nun liderləri, o cümlədən Bidzina İvanişvili beynəlxalq sanksiyalar altındadır – onlar ölkədə demokratik geriləmənin və insan haqlarının kütləvi şəkildə pozulmasının təşkilinə görə məsuliyyət daşıyırlar. Gürcüstanda dinc etiraz aksiyalarının iştirakçılarına qarşı repressiyalar, həbslər və zorakılıqlar həyata keçirilir ki, bu da böhranı daha da dərinləşdirir.

Tələblərimiz bunlardır:
bütün siyasi məhbusların dərhal azad edilməsi;

Yeni, azad və ədalətli seçkilərin keçirilməsi.

Avropa Şurası Parlament Assambleyasının prinsipial mövqeyi Gürcüstanda demokratik dəyərlərin qorunması üçün həlledici əhəmiyyət kəsb edir.

Hörmətlə, Gürcüstanın siyasi partiyalarının nümayəndələri”, - deyə birgə bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın