Azərbaycanın Gürcüstandakı səfiri yol qəzasında həlak olan yeniyetmələrin məzarını ziyarət edib - FOTO
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Bolnisi bələdiyyəsinin Arıxlı kəndində baş verən yol-nəqliyyat hadisəsində həlak olan yeniyetmələrin ailələrini ziyarət edib.
InterPress.ge xəbər verir ki, Faiq Quliyev həlak olan gənclərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
Ziyarət zamanı səfir yeniyetmələrin məzarına əkli və gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad edib.
Görüşdə kənd ziyalıları, ictimaiyyət nümayəndələri, "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov, bələdiyyə deputatı Vüqar İsayev və digər şəxslər iştirak ediblər.
Xatırladaq ki, 30 dekabr 2024-cü il tarixində Bolnisi bələdiyyəsinin Arıxlı kəndində baş verən yol qəzasında iki azyaşlı həyatını itirib.