06 
Yan
2025
22:26
1233

Dəhşətli qarət: Polis cinayətkarları ələ keçirdi

Samegrelo-Zemo Svanetidə baş verən ağır cinayətlə bağlı Daxili İşlər Nazirliyi iki nəfəri saxlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Xatırladaq ki, 5 yanvar tarixində Zuqdididən Mestiyaya gedən iki xarici vətəndaşın qarət edilib. 

Saxlanılan 1986-cı il təvəllüdlü R.P. və 1992-ci il təvəllüdlü B.Ç., zərərçəkənlərin mobil telefonlarını ələ keçirib və onlardan birinə odlu silahldan atəş açılıb. 

Yaralanan şəxs dünyasını dəyişib. Cinayətin izlərini gizlətmək məqsədilə zərərçəkənin meyiti Nakra çayına atılıb. Polis 2 gün davam edən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxsi saxlayıb və itkin düşən şəxsin meyitini aşkar edib.

Hadisə ilə bağlı araşdırmalar Cinayət Məcəlləsinin quldurluq, qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz saxlanılması maddələri üzrə davam edir. Təqsirləndirilən şəxsləri 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın