05 
Yan
2025
13:12
480

Çoxsaylı oğurluq faktı üzrə 3 nəfər saxlanılıb

İmereti RPİ-nin Samtredia rayon bölməsi və Kutaisi şəhər bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində 2003-cü il təvəllüdlü O.M. və 2006-cı il təvəllüdlü R.A və 2006-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda sınaq müddəti olan G.X. qrup halında çoxsaylı oğurluqlar törətməkdə təqsirli bilinərək  həbs ediliblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər İmereti rayonu ərazisində müxtəlif ərazilərdə yerləşən əmanət aparan maşınlar vasitəsilə müəyyən məbləğdə pul vəsaitlərini öz hesablarına yerləşdiriblər, daha sonra isə maşını zədələyərək bütün məbləği qanunsuz olaraq ələ keçiriblər. Polis əməkdaşları tərəfindən iş üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.M., R.A. və G. X. təqsirləndirilən şəxs qismində həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış pulun bir hissəsini sübut kimi götürüblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci, üçüncü və dördüncü hissələri ilə aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın