Noyabr-dekabr aylarında keçirilən etiraz aksiyalarında iştirak etmiş 25 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb
Miqrasiya İdarəsi noyabr-dekabr aylarında keçirilən aksiyalarda iştirak etmiş 25 xarici ölkə vətəndaşını ölkədən çıxarıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu ilin noyabr-dekabr aylarında ümumilikdə 91 müxtəlif ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.
“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsində barələrində deportasiya proseduru başlananlar arasında bu ilin noyabr-dekabr aylarında Tbilisidə davam edən etiraz aksiyalarında iştirak etmiş və məhkəmə tərəfindən müxtəlif İnzibati cərimələrə məhkum olunmuş ümumilikdə 25 xarici ölkə vətəndaşları da var. Onlardan 10 xarici ölkə vətəndaşı artıq Gürcüstan ərazisini tərk edib”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.