Marneuli-Bolnisi yolunda qəza törədən şəxs saxlanıldı
Marneuli-Bolnisi yolunda iki azyaşlını ölümündə təqsirli bilinən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Kvemo Kartli Baş İdarəsinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli-Bolnisi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı, 2003-cü il təvəllüdlü T.Ç.-ni saxlayıblar.
İstintaq nəticəsində müəyyən edilib ki, adıçəkilən şəxs idarəsində olan avtomobillə dörd sərnişinlə birlikdə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib. Nəticədə, piyada hərəkət edən iki yeniyetmə həyatını itirib: onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatınıitirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq aparılır," – deyə DİN-dən verilən məlumata bildirilir.


