Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib
Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, Parlamentdə seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixail Kavelaşvili İncil və Konstitusiyaya and içib.
Kavelaşvili inauqurasiya mərasiminə ailə üzvləri ilə birlikdə gəlib.
Tədbirdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili iştirak edib.
Gürcüstanın 6-cı prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin daxil olduğu prezident seçkiləri kollegiyasının üzvləri dəvət olunub.
Diplomatik korpus tədbirə dəvət olunmayıb.
Tədbir Mixail Kavelaşvilinin çıxışı ilə başa çatıb. Bundan əvvəl Gürcüstanın dövlət himni səsləndirilib.


