27 
Dek
2024
13:38
222

Kaxa Kaladze: Hər şey xarici istiqamətdə də yoluna qoyulacaq və hər şey ölkəmizə uyğun inkişaf edəcək

"Ölkədə əmin-amanlıq olacaq. Xarici əlaqələrə gəlincə, hər şey xarici istiqamətdə də yoluna qoyulacaq və hər şey ölkəmizə uyğun olacaq."

InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə amerikalı konqresmen, Helsinki Komissiyasının sədri Co Vilsonun “Gürcü arzusu”na ünvanladığı bəyanatla bağlı sualına belə cavab verib.

Tbilisi merinin sözlərinə görə, məğlub olmuş müxalifətin xeyrinə heç nə baş vermir.

“Məğlub, bədbəxt, dağınıq müxalifətə gəlincə, onlar üçün yaxşı heç nə baş vermir, inanın nə ölkə daxilində, nə də ölkə xaricində. Onlar uduzanlardır, adi “uduzanlardır”. Ölkəmizə gəlincə, mən hamınızı inandırmaq və ölkə əhalisinə demək istəyirəm ki, bizdə əmin-amanlıq, ölkədə əmin-amanlıq olacaq, ölkəmizin iqtisadi inkişafı baş verəcək, tərəqqi olacaq, ölkəmizin hər bir vətəndaşı özünü firavan hiss edəcək. "- Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın