Bu gün Marneuli-Bolnisi yolunun Qızılhaclı kəndi hissəsindı qəzası baş verib.
InterPress.ge xəbər verir ki, "Mercedes-Benz" markalı avtomobilə "Hyundai" markalı avtomobil toqquşub.
Məlumata görə, qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılır və qəzanın başvermə səbəbləri öyrənilir.


