25 
Dek
2024
12:18
211

Türkiyə prezidenti Mixail Kavelaşvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edib

Zati-aliləri Gürcüstanın Prezidenti seçilməyiniz münasibətilə şəxsən öz adımdan və xalqım adından səmimi qəlbdən təbrik edirəm.

InterPress.ge xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda deyilir.

Ərdoğan Mixail Kavelaşvilinin dövründə Gürcüstan və Türkiyə arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid edir.

“Hörmətli seçilmiş prezident,
Yaxın qonşuluq və strateji tərəfdaşlıq münasibəti ilə bağlı olduğumuz Gürcüstanın Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi öz adımdan və xalqım adından səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifəni yerinə yetirməkdə sizə uğurlar arzulayıram.

Tam əminəm ki, sizin səlahiyyətləriniz ərzində biz ölkələrimiz arasında ümumi maraqlarımıza uyğun gələn və regionda rifahın təmin edilməsinə xidmət edən dostluq və sıx əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Fürsətdən istifadə edərək, bir daha Sizə ən xoş arzularımı çatdırır, zati-alinizə cansağlığı və firavanlıq, dost Gürcüstan xalqına isə dirçəliş və xoşbəxtlik arzulayıram”, - Ərdoğanın məktubunda deyilir.

Xatırladırıq ki, dekabrın 14-də seçki komissiyası Mixail Kavelaşvilini prezident vəzifəsinə seçib.

Bizimlə əlaqə saxlayın