25 
Dek
2024
11:33
1250

Marneulidə hərbi hissədə həlak olan əsgərlə bağlı yeni detallar məlum olub - FOTO

23 dekabr tarixində Marneulidəki hərbi hissədə əsgərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

InterPress.ge-nın məlumatına əsasən, hadisə zamanı Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan əsgər 19 yaşlı Ziyyədin Məmmədov həyatını itirib.

İlkin məlumatlara görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Bildirilir ki, hərbi qulluqçu növbətçilik zamanı silahdan istifadə edib. Silah səsinin eşidilməsindən sonra aparılan yoxlama zamanı Məmmədovun cansız bədəni aşkar edilib. 

Məlumata əsasən, mərhum çənə nahiyəsindən güllə yarası alıb və hadisə yerində vəfat edib.

Qeyd edək ki, 2023-cü ildə də Marneulidəki eyni hərbi hissədə buna bənzər hadisə baş vermişdi. O zaman Marneuli rayonunun Qırxılı kəndindən olan əsgər Yusif Nəsibov bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. 

Ziyyədin Məmmədov bu gün doğulduğu Faxralı kəndində torpağa tapşırılacaq.

Bizimlə əlaqə saxlayın