20 
Dek
2024
14:14
363

Baş nazir Kobaxidze: “Şəffaflıq Qanununda neqativ cəhət aşkar edilsə, müzakirəyə hazırıq”

"Şəffaflıq Qanununda Nəqativ Təsir Göstərən Nəsə Varsə, Biz Müzakirəyə hazırıq"

InterPress.ge-nin məlumatına görə, baş nazir İrakli Kobaxidze bu gün keçirilən brifinqdə, "Şəffaflıq" qanununa dair suallara cavab verərək, əgər qanunda neqativ təsir göstərən hər hansı bir məqam aşkar edilərsə, müzakirələrə açıq olduqlarını bildirib.

Baş nazirin sözlərinə görə, Avropa Şurasının baş katibi Alain Berse ilə görüşdə hökumət bu məsələnin müzakirəsinə hazır olduğunu bir daha təsdiqləyib.

“Biz qanunvericilik, o cümlədən ‘Şəffaflıq haqqında’ qanunla bağlı müzakirələr apardıq. Bu müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz qanunun qəbulu prosesində və hətta qəbul edildikdən sonra da bu açıqlığı müşahidə etdik. Bir daha vurğulayıram ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, təbii ki, biz bu məsələləri müzakirə etməyə, o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, - Kobaxidze bildirib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər