İrakli Kobaxidze Tbilisi və Batumi hava limanlarının idarəedici şirkətinin rəhbərliyi ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən ADP Qrupuna daxil olan “TAV Airports” şirkətinin rəhbərliyi ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.
Məlumata görə, böyük fransız holdinqinin rəhbərləri İrakli Kobaxidzeni hakim komandanın seçkilərdə qələbəsi və baş nazir vəzifəsinin təsdiqlənməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıblar.
"Görüş zamanı söhbət gələcək əməkdaşlığın perspektivlərinə toxunulub. Şirkət Gürcüstan bazarında o cümlədən Tbilisinin yeni beynəlxalq hava limanında qalmaq və fəaliyyətini davam etdirmək arzusunu ifadə edib.
Şirkətin nümayəndələri Tbilisi Beynəlxalq Hava Limanının infrastrukturunun artan sərnişin axınına və yeni aviaşirkətlərin ehtiyaclarına cavab verə bilməsi üçün gələcək planlardan və dövlətlə sıx əməkdaşlıqdan danışıblar. Bildirilib ki, ilin sonunadək Tbilisi Beynəlxalq Hava Limanında sərnişin axını 1 milyon nəfər artaraq 5 milyona yaxın olacaq.
Görüşdə Gürcüstan hökumətinin düzgün siyasəti vurğulanıb ki, bu da Gürcüstana daha çox yeni aviaşirkətlərin daxil olmasına və müvafiq olaraq Tbilisi və Batumi beynəlxalq hava limanlarında sərnişin axınının artmasına - iqtisadiyyatın və turizmin inkişafına töhfə verir. Dövlətin Çin Xalq Respublikası ilə viza rejiminin liberallaşdırılması istiqamətində səyləri müsbət qiymətləndirilib ki, bu da Çindən sərnişin axınının artmasına və yeni aviaşirkətlərin Gürcüstan bazarına marağını təmin edir”, - məlumatda deyilir.


