“Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Qvaramiya Marneuli təcridxanasını tərk edib.
InterPress.ge xəbər verir ki, Nika Qvaramiya dekabrın 4-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı.
“Azadlıqdan daha yaxşıdır, amma başqalarının olduğu yerdə mən də olmalıyam. Bu gün mitinqə mütləq gedəcəyəm. Partiya həmişəki kimi işləyəcək”, - deyə o qeyd edib.
O, 12 sutka inzibati həbs cəzası alıb.
