14 
Dek
2024
09:42
257

Parlament binası qarşısında etiraz aksiyası keçirilir

Gürcüstan parlamentinin yaxınlığında “Kavelaşviliyə diplomu göstərək” adlı aksiya keçirilir.

InterPress.ge xəbər verir ki, buna uyğun olaraq etirazçılar qanunverici orqanın qarşısına diplomlarını gətiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, bu yolla onlar parlament tərəfindən “qeyri-ixtisaslı, təhsilsiz namizəd” Mixail Kavelaşvilinin prezident vəzifəsinə seçilməsinə etiraz edirlər.

“Gürcü xalqı ona görə təhsil almayıb ki, axmaq, savadsız, özü də qeyri-legitim prezident olsun” , - deyə aksiya iştirakçıları bildiriblər.

Eyni zamanda "Kavelaşviliyə diplom”, “qullar”, “ruslar” şüarları da eşidilib.

Deputatlar bir müddət əvvəl "qullar" "ruslar" şüarları ilə qanunverici orqana daxil olmağa başlayıblar.

Onlar Parlamentə giriş yolunun polis tərəfindən tamamilə bağlandığı 9 Aprel küçəsindən binaya daxil olurlar.

Səhər saatlarından parlamentin qarşısına toplaşan aksiya iştirakçıları 9 aprel küçəsinə keçiblər.

Bundan əlavə, qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Çiçinadze küçəsində, Parlamentin qarşısındakı perimetrdə və bir neçə su reaktiv maşınının da yerləşdiyi Azadlıq meydanında səfərbər olunub.

Xatırladırıq ki, Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başlayıb.

Prosedur parlamentin plenar iclaslarının zalında keçirilir və MSK prosesi təmin edir.


 

 

Bizimlə əlaqə saxlayın