14 
Dek
2024
09:35
323

Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başlayıb

Gürcüstan parlamentində prezident seçkiləri üçün səsvermə başlayıb.

InterPress.ge xəbər verir ki, prosedur parlamentin plenar iclaslarının zalında keçirilir və MSK prosesi təmin edir.

Səsvermədən əvvəl MSK sədri Giorgi Kalandarişvili kollegiya üzvlərini səsvermə proseduru ilə tanış edib.

Onun sözlərinə görə, səsvermə açıq keçirilir, adlar üzrə bülletenlər kollegiya üzvlərinə veriləcək, səsvermə əlifba sırası ilə aparılacaq.

Səsvermə saat 14:00-dək davam edəcək, bundan sonra MSK seçkilərin nəticələrinə yekun vuracaq.

Prezident vəzifəsinə yalnız bir namizəd - Mixail Kavelaşvilinin namizədliyi irəli sürülüb. O, ölkədə altıncı dövlət başçısı və seçki kollegiyası tərəfindən dolayı yolla seçilən ilk dövlət başçısı olacaq.

Prezident 300 üzvdən ibarət kollegiya tərəfindən seçilir. Seçki kollegiyasının tam tərkibinin əksəriyyətinin - azı 151 üzvün iştirakı prezident seçkilərinin dolayısı ilə keçirilməsi üçün kifayətdir.
Kollegiyanın tam tərkibinin 2/3-nin - azı 200 üzvün səsi prezidentin seçilməsi üçün kifayətdir.
Dolayı yolla seçilmiş prezident 5 il müddətinə vəzifəsini icra edəcək.

Parlament MSK vasitəsilə prezidentin dolayı yolla seçilməsini təmin edir.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər