13 
Dek
2024
11:26
949

Kobaxidze-Qaribaşvili qarşıdurmasının təfərrüatları məlum olub - KİV

 "Mtavari Arxi" nin teleaparıcısı Eka Kvesitadze Qaribaşvili ilə Kobaxidze arasında olan qarşıdurmanın detalları barədə yazıb.

InterPress.ge xəbər verir ki, o, bir neçə mənbəyə əsaslanaraq yazıb.

"Bir sözlə, belə bir hekayə baş verib. Kobaxidze ilə görüş olub, Mdinaradze və Kavelaşvili də görüşdə olub. Qaribaşvili deyib ki, insanlar artıq evlərinə girmirlər və  burada düşünməli nəsə var. Kobaxidzenin güzəşti yoxdur, bir ildən sonra o insanları məğlub edəcəyəm. Qaribaşvili isə sən bizi belə hədələdin və nəticədə gördük ki, indi bizi heç kim tanımır deyə cavab verib. Kobaxidze isə cavabında tanınmağa nail olacqlarını bildirib. Bir sözlə, buna görə aralarında mübahisə yarandı və dava etməyə başladılar. Burada bir neçə  versiya ehtimal edilir - bir neçə mənbə deyir ki, Kobaxidze Qaribaşvini itələyib və Qaribaşvili büdrəyərək yerə yıxılıb  və əli çıxıb. İkinci mənbə deyir ki, "Qaribaşvili dəli psikopatı vurarkən əlini zədələyib. Sonra Kavelaşvili Qaribaşvilini vurmağa cəhd edib. Konkret olaraq necə deyərlər, Qaribaşvili getmək istəyir və buraxılmır, bir müddət əvvəl onu sərhəddən geri qaytarıblar. Kavelaşvili prezident olmaq istəmədiyini deyir və onun fikrini soruşmadıqlarını bildirirlər”,- Kvesitadze yazır.

Xatırladaq ki, Qaribaşvilinin xəsarətlə travmatologiya xəstəxanasında olması barədə məlumatı 2 gün əvvəl “Mtavari Arxi”nin efirində Giorgi Baçiaşvili yayıb.

"Gürcü Aruzu" bu məlumatı təsdiqləyib və  iki dəfə sabiq baş nazirin məşq zamanı xəsarət aldığını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər