10 
Dek
2024
19:44
239

Zurabişvili: "Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü bəyanatı insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir"

"Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü bəyanatı insan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir".

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Dövlət Təhlükəsizlik Xidmətinin bugünkü bəyanatını belə qiymətləndirir.

Zurabişvilinin Orbeliani sarayında keçirilən brifinqdə dediyinə görə, DTX-njn bəyanatı insanların psixoloji terroruna xidmət edir.

“Dünən axşam çox yaxşı göstərdi, nə “tituşkalar”, nə də başqaları olmayanda nümayişlər çox dinc keçir və belə bir şey olmur”, - Salome Zurabişvili bildirib.

Məlumat üçün bildirək ki, DTX-nin bu gün yaydığı bəyanatda deyilir ki, “dağıdıcı və cinayətkar fəaliyyətin təşkilatçıları 2024-cü il dekabrın 14-də Gürcüstan prezidentinin seçki prosesinin qarşısını almağı planlaşdırırlar – bu məqsədlə cinayət təşkilatçıları vəziyyəti daha da gərginləşdirməyi düşünürlər və bu da 2-3 insanın tələfatı ilə ilə nəticələnə bilər".

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər