08 
Dek
2024
14:52
392

Kobaxidze: Mediaya hücum təxribatdır, onun yeganə məqsədi vəziyyəti süni şəkildə gərginləşdirmək ola bilər

Birmənalı olaraq media nümayəndələrinə hücum təxribatdır, onun yeganə məqsədi vəziyyəti süni şəkildə gərginləşdirmək ola bilər. Bu cinayətin təhqiqatına başlanılıb və mən həqiqətən ümid edirəm ki, günahkar ən qısa zamanda müəyyən olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, hücum nəticəsində fiziki xəsarət alan operatora hücum xüsusilə narahat edir.

“İlk növbədə media nümayəndələrinə hücumla bağlı açıqlama vermək istəyirəm. Birmənalı olaraq bu, təxribatdır, yeganə məqsədi vəziyyəti süni şəkildə gərginləşdirmək ola bilər. Bu cinayətlə bağlı istintaq davam edir və səmimi qəlbdən ümid edirəm ki, günahkar tezliklə aşkarlanacaq. Daha sonra Daxili İşlər Nazirliyində brifinq keçiriləcək, orada istintaqın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.

Hücum nəticəsində fiziki xəsarət alan operatora hücum xüsusilə narahat edir. Bu cür faktlar yalnız əsas məqsədi ölkəmizdə və paytaxtımızda vəziyyəti süni şəkildə gərginləşdirmək olan radikallara kömək edir”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər