Salome Zurabişvili Donald Trampla görüşüb
Gürcüstan prezidenti Salome Zurabişvili Parisdə ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşüb.
InterPress.ge xəbər verir ki, görüşlə bağlı video və məlumatı sosial şəbəkələrdə Salome Zurabişvilinin özü yayıb.
“Mən prezident Tramp və Makronla dərin müzakirə apardım. Söhbət oğurlanmış seçkilərdən və gürcü xalqına qarşı qorxulu repressiyalardan gedirdi. Mən güclü Amerika Birləşmiş Ştatlarının zəruriliyini vurğuladım. Gürcü xalqının Donald Tramp timsalında dostu var. Allah Amerikanı saxlasın ”- Salome Zurabişvili yazır.
Məlumat üçün bildirək ki, dünən axşam saatlarında Parisdə 40 ölkənin hökumət rəhbərləri beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak ediblər.


