Baş nazir müxalifət partiyalarının ofisində aparılan axtarışlarla bağlı açıqlama verdi
"Mən buna repressiya deməzdim, bu repressiyadan daha çox bəzi şeylərin qarşısının alınmasıdır".
InterPress.ge xəbər verir ki, Baş nazir polisin müxalifət partiyalarının ofisində apardığı axtarışlarına belə cavab verib.
Kobaxidzenin sözlərinə görə, mitinqdə olan vətəndaşlar müvafiq siyasi qüvvələr tərəfindən pirotexniki vasitələrlə təmin olunub.
“Həmçinin bu gün gördük ki, Daxili İşlər Nazirliyi, aidiyyatı qurumlar partiya ofislərinə daxil olanda oradan müvafiq materiallar çıxarılıb. Üstəlik, müvafiq əməliyyat başlayanda müxalifət liderlərindən biri, məsələn, Elene Xoştariya birbaşa çıxdı və əvvəlcədən pirotexniki vasitələr alındığını və bu pirotexniki vasitələri almağa davam edəcəklərini bildirdi. Əslində bununla həmin siyasi partiyalar birbaşa etiraf edirdilər, əvvəllər də ictimai bəyanatla etiraf edirdilərsə, indi, bu gün artıq birbaşa etiraf ediblər ki, bu sistemli vəhşi zorakılığın arxasında bütün partiya resursu dayanır. Məşhur “Daitove” qrupu var ki, bu qrup guya səmimi gənclərin yaratdığı qrupdur. Bu qrupun inzibatçısının təcrübəli “Milli Hərəkat” üzvü olduğu üzə çıxdı, o, vaxtilə Ukraynada Saakaşviliyə baş çəkirdi. Burada səmimi heç nə yoxdur. Tamamilə partiya maraqları, zorakılıqla hakimiyyəti dəyişmək marağı var və bütün bunlar bu gün artıq əlimizdədir.
Mən buna repressiya deməzdim, bu repressiyadan daha çox bəzi şeylərin qarşısının alınmasıdır. Əlaqəyə gəlincə, bu, faktdır, bir şey təsdiqlənir - insanlar müvafiq siyasi qüvvələr tərəfindən sistemli şəkildə pirotexniki və digər vasitələrlə təmin olunub. Bu, tamamilə aydındır və ovucumuzun içindədir”, - Kobaxidze bildirib.


