"Heç kimə müstəqilliyimizi və suverenliyimizi xarici müdaxilə ilə sarsıtmağa imkan verməyəcəyik"- İrakli Kobaxidze
"Biz layiqli ölkəyik, müstəqilliyimizlə, suverenliyimizlə fəxr edirik və öz suverenliyimizi, müstəqilliyimizi sona qədər qoruyacağıq. Biz heç kimə imkan verməyəcəyik ki, xarici müdaxilə ilə müstəqilliyimizə və suverenliyimizə xələl gətirsin"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlama verib.
Kobaxidzenin sözlərinə görə, “Gürcüstanda Maydan olmayıb və heç vaxt da olmayacaq”.
“Bütün bunlar yaz hadisələri də daxil olmaqla, bu il ortaya çıxdı. Bütün bunlar bu günlərdə ortaya çıxdı. Görürsünüz ki, razılaşdırılmış və əvvəlcədən yazılmış plan olub və bu planın həyata keçirilməsinə xaricdən maliyyə cəlb edilib. Ona görə də bəziləri “Şəffaflıq haqqında” qanunu qəbul etmək istəmədilər. Bu dörd il ərzində biz üç inqilabi proses gördük və çox təəssüf ki, bunların hamısı xarici maliyyələşdirilmə hesabına baş verib. Bu, ölkəmizə düzgün münasibət deyil. Biz heç kimə xarici müdaxilə ilə müstəqilliyimizi və suverenliyimizi pozmağa imkan verməyəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.


