P"Fransa Gürcüstandakı mövcud vəziyyəti diqqətlə izləyir."
InterPress.ge xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Biz nümayişçilərə və jurnalistlərə qarşı repressiyalara dair məlumatlardan narahatıq və dinc nümayiş hüququna hörmət etməyə çağırırıq. Əsas azadlıqlar, siyasi plüralizm və vətəndaş cəmiyyəti qorunmalıdır”, - bəyanatda deyilir.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin məlumatına görə, Fransa avropalı tərəfdaşları ilə birlikdə gürcü xalqı ilə sıx əlaqələri davam etdirəcək və onun Avropa istəklərini dəstəkləyəcək.
