"Danimarka Gürcüstanda avropapərəst nümayişçilərə və jurnalistlərə qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlərdən narahatdır
InterPress.ge xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Loke Rasmussen deyib.
“Danimarka Gürcüstanda avropapərəst nümayişçilərə və jurnalistlərə qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlərdən narahatdır. Danimarka gürcü xalqının yanındadır. Onların demokratik və fundamental hüquqları qorunmalıdır”, - bəyanatda deyilir.
